Quru sərhədlər haqda müzakirələr başladı – Gözlənilən qərar verilir?

Quru sərhədlər haqda müzakirələr başladı – Gözlənilən qərar verilir?


“Azərbaycan Dəmir Yolları”nın (ADY) sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilinin Tbilisidə görüşü quru sərhədlərlə bağlı məsələni yenidən gündəmə gətirib. Belə ki, Gürcüstan KİV-lərinin məlumatına görə, tərəflər iki ölkə arasında dəmir yolu sərnişindaşımalarının bərpası imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, Bakı və Tbilisi arasında sərnişin qatarlarının bu ilin may ayında bərpası planlaşdırılsa da, bu, baş tutmayıb.
İndiki reallıqda bu, gerçəkləşə bilərmi?
Globalinfo.az-a danışan sabiq deputat Rüfət Quliyev deyib ki, hökumət nümayəndələri arasında belə görüşlər faydalıdır: “Sazişlərə qol çəkilibsə, deməli, onlar ya bir ay tez, ya da bir ay gec həyata keçiriləcək. Bu, alternativ yoldur. Ümumiyyətlə, dəmiryolu nəqliyyatının qiyməti təyyarə biletlərindən xeyli ucuzdur, məsafə də çox yaxındır. Gediş-gəlişin bərpası məsələsinin müsbət həll olunacağına inanıram. Bu, həm siyasi proseslərdən, həm də iki ölkənin iradəsindən asılıdır. Qısa zamanda sərhədlərlə bağlı qərarın veriləcəyini düşünürəm”.
Deputat Cavanşir Paşazadə bildirib ki, sərhədlərin bağlı qalması siyasi məsələdir: “Qonşu ölkələrdə bəzi çətinliklər yaşanır, münaqişələr hələ də davam edir. Düşünmürəm ki, yaxın gələcəkdə bu problemlər tam həll olunsun. Gələn il üçün də vəziyyət dəyişməyəcək. Bizim problemimiz qonşu ölkələrlə deyil. Məsələn, Gürcüstan dünyaya açıq ölkədir və sərhədlərimizin açıq olması təhlükəlidir. Məsələ ilə bağlı Ali Baş Komandan İlham Əliyev özü də açıqlama verib. Dövlət çətinliklərin qarşısını almaq üçün sərhədlərin bağlanmasını dəstəkləyir. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələlər dialoq yolu ilə həll olunacaq və sərhədlərimiz yenidən açılacaq. Lakin quru sərhədlərin qısa müddətdə açılacağı inandırıcı deyil”.
Azerbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2025.07.17

2025.07.16

2025.07.15

İstisuda ferma yandı İstisuda ferma yandı 15 İyul 08:44

2025.07.14

2025.07.13

2025.07.12

2025.07.11

2025.07.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2025 © Azerbaycanpolisi.az