ABŞ-nin təklifinə İrəvandan cavab gəldi: “Ola bilməz”

ABŞ-nin təklifinə İrəvandan cavab gəldi: “Ola bilməz”

Ermənistan öz suveren ərazisinə nəzarəti heç bir üçüncü tərəfə həvalə etməyi müzakirə etməyib və müzakirə etmir.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib

“Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda ola bilməz”, - deyə o qeyd edib.

N. Baqdasaryanın bu bəyanatı ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın sözlərinə cavabdır.

"Onlar 32 kilometr yol ucabtından mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil, - Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib. - Amerika məsələyə müdaxilə edir və deyir: "Yaxşı, bu işin qulpundan biz yapışırıq. 32 kilometr yolu bizə 100 illik icarəyə verin".

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az