Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AStar TV-yə müsahibəsində diplomatik ezamiyyətlərin az bilinən, real tərəflərindən danışıb.
Yenisabah.az xəbər verir ki, o, hazırda Prezidentin xüsusi nümayəndəsi olan Elçin Əmirbəyovla birgə keçirdikləri rəsmi səfərlərin nə qədər çətin şəraitdə baş tutduğunu açıqlayıb.
Zülfüqarov bildirib ki, Moskvada ezamiyyə pulu gündə cəmi 3 dollar, İtaliyada isə 17 dollar olub.
Sabiq nazirin sözlərinə görə, məbləğ az olduğu üçün ciddi qənaət etməyə məcbur olublar:
"Elçin Əmirbəyovla o vaxtlar Vyanada səhər hoteldə yeyirdik, çalışırdıq çox yeyək ki, 'obed'ə də bəs eləsin. Axşamlar danışıqlardan sonra gedirdik pizza və ya küçədə satılan hot-doq alırdıq. Evdən də konserv aparıb axşam oturub çörək yeyirdik".
Globalinfo.az-a danışan Elmar Məmmədyarov bildirib ki, əksinə, o, ezamiyyət zamanı hər hansı ciddi çətinliklə qarşılaşmayıb:
"Nazir olduğum dövrdə artıq hər şey baha idi. Ezamiyyətə gedən illərdə otellərin qiymətini artırdılar. Düzünü desəm, həm otel, həm də ezamiyyət pulu yaxşı verilirdi. Amma inanın ki, məbləğin nə qədər olduğunu xatırlamıram. Çünki ezamiyyət zamanı bütün xərcləri hökumət ödəyirdi".
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























