Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius bildirib ki, İsveç Avropanın müdafiə qabiliyyətinin inkişafında liderlik etməlidir.
SVT Nyheter xəbər verir ki, bu bəyanatı o, İsveçə səfəri zamanı hökumət və müdafiə sənayesi nümayəndələri ilə danışıqlar apararkən verib. Həmçinin Avropanın müdafiə sənayesinin ümumi bazarı olmadığından dövlətlərin onun hüdudlarından kənarda külli miqdarda pul xərcləmələri müzakirə olunub.
Avropa komissarı Karlskoqa şəhərinə səfəri zamanı sursat istehsalı müəssisəsinə baş çəkib və İsveçin Saab şirkətinin nə istehsal edə biləcəyi ilə tanış olub:
"İsveç çox güclü müdafiə sənayesinə malikdir və kütləvi şəkildə yenidən silahlanmaya məruz qalır, ona görə də bu, digər üzv ölkələr üçün yaxşı nümunədir. Bizim müdafiə imkanlarımızı inkişaf etdirmək üçün az vaxtımız var".
Məlum olduğu kimi, Avropa xüsusilə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra artan təhlükəsizlik təhdidləri fonunda fəal şəkildə silahlanır. Aİ və NATO ölkələri müdafiə strategiyalarını yenidən nəzərdən keçirir və hərbi büdcələrə investisiyaları artırır. Üstəlik, Avropa artıq yalnız Amerika Birləşmiş Ştatlarının müdafiə çətirinə arxalanmır.
Əziz Mustafa, Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























