Azərbaycan kriminal avtoriteti Hindistana verəcək

Azərbaycan kriminal avtoriteti Hindistana verəcək

Azərbaycan Carkhand ştatında ən çox axtarılan qaçağı, Bakı həbsxanasında saxlanılan, “Sunil Mina” kimi də tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqləyib.

Report xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Bildirilib ki, Carkhand polisinin baş direktoru Anuraq Qupta mərkəzi qurumların köməyi ilə onun ekstradisiyası ilə bağlı bütün hüquqi prosedurların tamamlandığını təsdiqləyib.

Carkhandın Terrorla Mübarizə Bölməsi (TMB) İnterpol vasitəsilə tutarlı sübutlar təqdim edib və bu, Azərbaycan məhkəməsinə Mayankı təhlükəli cinayətkar elan etməyə və onun ekstradisiyasını təsdiqləməyə imkan verib.

Carkhand TMB-nin nümayəndələrindən ibarət komanda qısa zamanda Mayankı aparmaq üçün Azərbaycana gələcək.

Bu işdə Hindistan və Azərbaycan arasında ekstradisiya müqaviləsi həlledici rol oynayıb. Polis rəsmiləri bunu xaricdən fəaliyyət göstərən cinayətkarlarla mübarizədə böyük irəliləyiş kimi qiymətləndirirlər. Onlar düşünürlər ki, Mayankın qaytarılması təkcə Carkhand polisinə kömək etməyəcək, həm də mütəşəkkil cinayətkarlıq şəbəkələrini parçalamaqda digər ştatlara yardımçı olacaq.

Mayank xaricdə həbs edilən və ekstradisiya ilə üzləşən ilk carkhandlı cinayətkar olub. O, sosial mediada dəbdəbəli həyat tərzini və müasir silahlarını nümayiş etdirməklə şöhrət qazanıb. Carkhand polisinin uzun səylərindən sonra o, keçən il Bakıda həbs edilib.

Mayankın uzun kriminal tarixçəsi var və qanqster Lourensin uşaqlıq dostu olub. Son iki il ərzində o, Malayziyadan Carkhandda qəsb və digər cinayətləri təşkil edərək polislə atışmada öldürülən qanqster Aman Sahu ilə sıx əməkdaşlıq edib. O, internet zənglərindən istifadə edərək tez-tez iş adamlarını təhdid edib, sosial şəbəkələrdə aktivlik göstərərək öz dəstəsini açıq şəkildə təbliğ edib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

2026.04.18

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az