Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətninin və təşəbbüsünün müəllifi Azərbaycan Respublikasıdır. Bu, məhz Azərbaycan tərəfindən Ermənistana təqdim olunub. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər və digər əməllər yaddan çıxacaq faktlar deyil. Bütün bunlar ümumi kontekstdə nəzərdən keçirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir. “Prezident İlham Əliyev tərəfindən də vurğulandığı kimi, Ermənistanın konstitusiyasında dəyişməli olan məqamlar var. Məhz bu regionda davamlı sülhün bazasını və əsasını təmin etməlidir. Nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərdə, münaqişələrin həllində ölkələrin konstitusiyasının dəyişdirilməsi birinci hal deyil və bu xüsusda bir sıra nümunələr mövcuddur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































