Baş nazir Castin Trüdo Kanadanın heç vaxt 51-ci ştat olaraq Birləşmiş Ştatların tərkibində olmayacağını bildirib.
"Mən çox aydın olmaq istəyirəm: Kanada heç vaxt 51-ci ştat olmayacaq. Bu, heç vaxt baş verməyəcək", - Trüdo Brüsseldə jurnalistlərlə söhbəti zamanı deyib. Onun çıxışı Kanada televiziya kanallarında yayımlanıb.
Kanadanın baş naziri eyni zamanda qeyd edib ki, Ottava Amerika prezidenti Donald Trampın bu cür bəyanatlarına çox ciddi yanaşır.
Fevralın 9-da Tramp Kanadanı kifayət qədər müdafiə xərcləri olmayan “yararsız ölkə” adlandırıb və onun Amerikanın 51-ci ştatı olmasını yenidən təklif edib. Günün əvvəlində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Ağ Evin sahibinin Kanadaya müdaxilə etməyi planlaşdırmadığını bildirib.
Tramp dəfələrlə bir çox kanadalıların ölkələrinin Amerikanın 51-ci ştatı olmasını dəstəklədiyi fikrini ifadə edib. O hesab edir ki, belə birləşmə Kanadaya iqtisadi sabitlik gətirəcək və onu ABŞ prezidentinin sözlərinə görə, Rusiya və Çin də daxil olmaqla xarici təhlükələrdən qoruyacaq. Trüdo əvvəllər də ölkəsinin 51-ci ştat olmayacağını bəyan edib.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























