Fələstin iqtidarı “Al Jazeera” telekanalını “təxribat xarakterli məzmun” yayımlamaqda ittiham edərək onun fəaliyyətini müvəqqəti dayandırıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fələstin Xəbər və İnformasiya Agentliyi (WAFA) məlumat yayıb.
“Mədəniyyət, Daxili İşlər və Telekommunikasiya Nazirliklərinin nümayəndələrindən ibarət Fələstin Nazirlər Komitəsi Qətərdə yerləşən “Al Jazeera” media şəbəkəsinin Fələstindəki yayım fəaliyyətinin dayandırıldığını elan edib”, – deyə agentlik bildirib.
Qeyd olunub ki, telekanal ilə əlaqəli “bütün jurnalistlərin, işçilərin və bağlı kanalların işinin müvəqqəti dayandırılmasına qərar verib”.
Bildirilib ki, yayım fəaliyyətinin dayandırılmasının səbəbi yerli telekanalın yerli qanunları “dəfələrlə pozması” olub: “İqtidar orqanları kanalı təxribat xarakterli məzmun yayımlamaqda, dezinformasiya yaymaqda və Fələstinin daxili işlərinə müdaxilə etməkdə ittiham edərək bunun bölgədə ixtilaf və qeyri-sabitlik yaratdığını iddia ediblər”.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























