Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəni Ukraynaya silah tədarükünə görə tənqid edib. O, bu barədə noyabrın 1-də “Hürriyyət” qəzetinə müsahibəsində bildirib.
“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türk silahları Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya hərbçiləri və mülki şəxsləri öldürmək üçün istifadə olunur. Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olduqları barədə bəyanatlarını nəzərə alsaq, bu, çaşqınlıq yaratmaya bilməz”, - Lavrov bildirib.
Rusiya XİN rəhbəri qeyd edib ki, Rusiya “Türkiyənin Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirir”. Lavrov Rusiya ilə Ukrayna arasında danışıqların 2022-ci ilin yazında İstanbulda aparıldığını, bundan əlavə Türkiyə tərəfinin Ukraynadan taxıl ixracına dair sazişin bağlanmasına töhfə verdiyini vurğulayıb.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























