İsrail İran ərazisinə endirdiyi zərbələr nəticəsində Tehranın cənub-şərqindəki iki gizli hərbi bazanın obyektlərinə ziyan vurub.
Bunu “Associated Press” agentliyinin təhlil etdiyi peyk görüntüləri sübut edir. Belə ki, təhlilə əsasən, İranın əvvəllər nüvə silahı üçün partlayıcıları sınaqdan keçirdiyi ehtimal olunan Parçin hərbi bazasında bəzi binalar zədələnib.
Analitik Devid Olbrayt əlavə edib ki, iranlıların nüvə proqramı çərçivəsində sınaq üçün istifadə etdikləri Parçindəki Taleqan-2 binası zədələnib, “Reuters” xəbər verir.
Analitiklərin fikrincə, yeraltı tunellər və raket istehsalı sahələri ola biləcəyini təxmin edən Xocir hərbi bazasında da dağıntılar qeydə alınıb.
İran rəsmiləri bazalara hər hansı ziyan dəydiyini etiraf etməyib. Eyni zamanda hücumda hava hücumundan müdafiə sistemləri ilə işləyən 4 əsgərin həlak olduğunu təsdiqləyiblər.
Eyni zamanda, “The New York Times”-ın mənbələrinə görə, İsrailin İrana hücumları nəticəsində mühüm neft emalı və kimya zavodlarını, eləcə də ölkənin cənubundakı böyük qaz yatağı və limanı qoruyan hava hücumundan müdafiə sistemləri məhv edilib.
Oktyabrın 26-na keçən gecə İsrail Silahlı Qüvvələri (SAXAL) oktyabrın 1-də kütləvi raket hücumuna cavab olaraq İrana hücum etdi. Tehran və Kərəcdə partlayışlar baş verib.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























