ABŞ yerli hakimiyyət orqanlarının və biznes qurumlarının Rusiya ilə əməkdaşlığı üçün türk banklarını “SWIFT” sistemindən və dollarla ödənişlərdən ayırmaqla hədələyir. Bu barədə “RİA Novosti”-yə Türkiyənin “Vətən” partiyasının sədr müavini Hakan Topkurulu bildirib.
“ABŞ-ın “SWIFT” sistemi və dollarla beynəlxalq ticarətə embarqo tətbiq etmək hədəsi səbəbindən Türkiyə Vaşinqtonun təzyiqinə qarşı çıxa bilməz”, - agentliyin həmsöhbəti qeyd edib.
Topkurulu onu da əlavə edib ki, Ankara ticarətinin böyük hissəsini Amerika valyutası ilə aparır.
Daha əvvəl alman jurnalistlər yazıblar ki, Türkiyə Rusiya ilə ticarəti davam etdirdiyi üçün Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları həddindən artıq narazı və hətta qəzəblidir. Türkiyənin bu əməkdaşlığı kəsmək istəməməsi Şimali Atlantika Alyansında yüksək gərginliklə nəticələnə bilər.
ABŞ xüsusilə narahatdır ki, Rusiyaya bir sıra Amerika malları ixrac edən məhz Türkiyədir və nədənsə Vaşinqton bunu “Amerika texnologiya axını” kimi qiymətləndirir. Türkiyə hakimiyyəti dəfələrlə əmin edib ki, Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarından yayınma prosesində iştirak etmir, “RİA Novosti” xəbər verir.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























