Almaniya hakimiyyəti son illərdə ilk dəfə olaraq Türkiyəyə böyük miqdarda silah tədarükünü təsdiqləyib. Əməliyyat məbləği 336 milyon avrodan çox olacaq. Bu barədə “Der Spiegel” qəzeti öz mənbələrinə istinadən yazır.
Qeyd olunur ki, son illərdə Almaniya bir çox səbəblərdən Ankara ilə münasibətlərin “soyuması” səbəbindən Türkiyəyə silah satışını minimuma endirsə də, indi bu tendensiyanın dəyişdiyinə dair siqnallar var.
İclasları gizli olan Federal Təhlükəsizlik Şurası guya bu yaxınlarda Türkiyəyə bir neçə yüz milyon avro dəyərində müxtəlif silahların - hava hücumundan müdafiə raketlərinin, torpedaların və sualtı qayıqların və freqatların modernləşdirilməsi üçün avadanlıqların tədarükünə razılıq verib.
Nəşrin qeyd etdiyi kimi, pulun böyük hissəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinə kömək üçün istifadə olunacaq. Beləliklə, Berlin Ankaraya gəmilərdə hava hücumundan müdafiə üçün 100 idarə olunan raket, 28 “SeaHake” torpedası, eləcə də müxtəlif komponentlər verəcək.
Bundan əlavə, müxtəlif alman silah şirkətləri Türkiyəyə “U209” sualtı qayıqlarının modernləşdirilməsi üçün avadanlıq paketləri, korvetlər və freqatlar üçün 1,9 milyon avro dəyərində mühərrik ehtiyat hissələrinin tədarükü üçün yaşıl işıq yandırıblar. Bütün müqavilələrin təxmini dəyəri birlikdə 336 milyon avro ola bilər.
Müqayisə üçün qeyd edək ki, bütün 2023-cü il üçün 17 kiçik layihə çərçivəsində Türkiyə üçün silah və texnikanın satışı cəmi 1,22 milyon avroya razılaşdırılıb. Birinci rübdə 23 milyon avro dəyərində silah ixracı təsdiqlənib.
Federal İqtisadiyyat Nazirliyi Türkiyəyə hərbi texnikanın ixracına yalnız Avropa İttifaqı və NATO ilə birgə layihələr üçün icazə verməyə hazır olduqlarına eyham vurub.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























