Gürcüstan Abxaziya və Cənubi Osetiyaya münasibətdə özünü düzgün aparmadı və indi Tbilisi barışıq istiqamətində addımlar atmalıdır. “TASS” xəbər verir ki, hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze Gürcüstan hakimiyyətinin səhvlərini etiraf edib.
“Biz bir-birimizə inamı bərpa etməli və birlikdə yaşamalıyıq. Biz hər şeyi düzgün təhlil etməliyik. Biz də [Abxaziya və Cənubi Osetiya ilə bağlı] səhvlərə yol vermişik və biz qarşılıqlı barışıq üçün addımlar atmaq istəyirik”, – mer bildirib.
O əlavə edib ki, Gürcüstan respublikalarla münasibətləri zorakılıqla deyil, dinc üsullarla və diplomatiya yolu ilə bərpa etməlidir.
Bundan əvvəl Kaladze Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvanın Abxaziya və Cənubi Osetiya ilə münasibətləri yaxşılaşdırmağa kömək etməyə hazır olması barədə sözlərini şərh edib. Tbilisi meri bildirib ki, Gürcüstan hakimiyyəti Rusiya xarici işlər nazirinin təşəbbüsünü müsbət qiymətləndirir və Abxaziya və Cənubi Osetiyadan hərbi personalın çıxarılması planının hazırlanmasına başlamağı təklif edir.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























