Buenos-Ayres məhkəməsi Venesuela prezidenti Nikolas Maduronu insan haqlarını pozduğuna görə beynəlxalq axtarışa vermək qərarına gəlib, bu barədə “La Nacion” qəzeti xəbər verir.
Argentina prokurorluğuna Maduronu bəşəriyyətə qarşı cinayətlərdə ittiham edən Demokratiyanın Müdafiəsi üçün Argentina Forumu qeyri-hökumət təşkilatından şikayət daxil olub. Məhkəmə ittihamları universal yurisdiksiyaya aid edib və Maduronu axtarışa verib.
Məhkəmə İnterpolun köməyi ilə Maduronun və Venesuela Daxili İşlər Nazirliyinin rəhbəri Diosdado Kabellonun saxlanılaraq Argentinaya ekstradisiyasının zəruri olduğunu bildirib.
Argentina Maduro hökumətinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) verilən şikayəti dəstəkləyib. 2018-ci ilin sentyabrında Argentina, Kolumbiya, Paraqvay, Peru, Kanada və Çili BCM-dən Venesuelada insanlığa qarşı mümkün cinayətlər barədə araşdırma açmağı xahiş ediblər. Şikayət 2017-ci ildə Venesuelada bir neçə ay davam edən etiraz dalğasından sonra edilib. Bu müddət ərzində 120 nəfər ölüb, minlərlə etirazçı yaralanıb, 5 min nəfər həbs edilib.
İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Vətəndaşların 51,95 faizi Maduroya, 43,18 faizi isə onun rəqibi Edmundo Qonzales Urrutiaya səs verib. Müxalif siyasətçi Mariya Korina Maçado Qonzalesin komandasının seçkilərdə məğlubiyyətini etiraf etmədiyini deyib. Karakasda etirazlar və iğtişaşlar başlayıb. Venesuela hakimiyyətinin məlumatına görə, iğtişaşların 2,2 mindən çox iştirakçısı yandırma və digər cinayətlərə görə saxlanılıb.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























