Albaniya Vatikandan nümunə götürərək Bektaşi müsəlman icması üçün mikrodövlət yaratmağı planlaşdırır. Bu barədə “The New York Times” məlumat yayıb.
Ölkənin paytaxtı Tiranada belə bir dövlətin yaradılması ideyası Albaniyanın baş naziri Edi Ramaya və Bektaşi sufi ordeninin dini lideri Baba Mondi kimi tanınan Edmond Brahimaya məxsusdur.
Plana görə, “Bektaşi Ordeninin Suveren Dövləti” dünyanın ən kiçik dövlətinə çevriləcək: 10 hektar, Vatikandan dörddə bir dəfə kiçik. Onun öz administrasiyası, pasportları və sərhədləri olacaq.
İslamın tolerant versiyasını təbliğ etməyə yönəlmiş gələcək dövlət mötədil müsəlman icmasına ev sahibliyi edəcək. Yeni dövlət spirtli içki qəbuluna və qadınlara geyim seçimində azadlığa icazə verəcək.
Baş nazir Edi Rama bildirib ki, bu cırtdan dövlətin yaradılması Alban mədəniyyətinin mühüm tərkib hissəsi olan dini tolerantlığın qorunmasına yönəlib. Onun fikrincə, bu, dünyaya islamın məşhur stereotiplərə zidd olaraq sülhpərvər və tolerant ola biləcəyini göstərməyin bir yolu olacaq.
Albaniya əhalisinin təxminən 2,1%-nin mənsub olduğu Bektaşi sufi ordeni mötədil İslamı təbliğ edir və şəriət qanunlarının ənənəvi şərhlərindən fərqlənir. Əhalisinin 57%-nin ənənəvi İslama riayət etdiyi ölkədə bektaşilər azlıq təşkil etsə də, bu orden Balkanlarda və Türkiyədə ən nüfuzlulardan biri hesab olunur.
Düz yüz il əvvəl orden rəhbərləri ölkədə islahatlar zamanı dini ordenlərin təqib olunduğu Türkiyəni tərk etmək məcburiyyətində qaldılar. Bektaşilər Albaniyada məskunlaşmağa qərar verdilər, burada onların dini baxışları əhalinin 20%-ə qədəri tərəfindən paylaşılırdı.
Bektaşi sufi ordeninin dini lideri Baba Mondi ABŞ və digər Qərb dövlətlərinin onun kiçik ölkəsinin suverenliyini tanıyacağına ümid etdiyini bildirib: “Biz öz dövlətimizə layiqik. Dünyada İslam haqqında həqiqəti söyləyən və onu siyasətə qarışdırmayan yeganə bizik”.
Almaz Həsənli
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































