Türkiyəyə “F-35” satışına ABŞ tərəfindən təəccüblü yeni təklif

Türkiyəyə “F-35” satışına ABŞ tərəfindən təəccüblü yeni təklif

ABŞ Türkiyəyə “F-35” qırıcılarının satışına maneələrin aradan qaldırılması üçün yeni təkliflə çıxış edib. Yunanıstan mətbuatının yazdığına görə, Vaşinqton Rusiyanın “S-400” zenit-raket sistemlərinin İncirlikdəki ABŞ-ın nəzarətindəki sektoruna köçürülməsi müqabilində Türkiyəni yenidən F-35 proqramına daxil etməyə hazır olduğunu bildirib.
Türkiyə ilə ABŞ arasında “F-35” qırıcılarının satışı hekayəsi uzun illərdir davam edir və şok məlumatlar ortaya çıxıb. Yunanıstanın “Kathimerini” qəzetinin xəbərinə görə, Vaşinqton yeni təklif üzərində işləyir.
Buna əsasən, ABŞ rəsmiləri “F-35” qırıcılarının Türkiyəyə satışına maneələri aradan qaldırmaq üçün Rusiya raket sistemlərinin “yumşaq” bağlanmasını təklif ediblər. Hesabatda Türkiyənin “F-35” proqramına yenidən daxil olması müqabilində “S-400”-ləri ABŞ-a verməli və ya İncirlik bazasındakı ABŞ-ın nəzarətindəki sektora ötürməli olacağı bildirilib.
Məlumatda aşağıdakı sözlər yer alıb: "Əvvəllər məlum olduğundan daha inkişaf etmiş bir mərhələdə olan danışıqlar çərçivəsində yüksək səviyyəli Amerika rəsmiləri Rusiya sistemlərinin Türkiyənin cənubundakı ABŞ-ın nəzarətində olan İncirlik bazasına köçürülməsini təklif etdilər. Beləliklə, Türkiyə öz nöqteyi-nəzərindən beynəlxalq rüsvayçılığa bərabər olacaq, lakin Rusiya ilə müqaviləsinin şərtlərini və ya hər hansı məcburi müddəaları pozmayacaq qayıdışdan qaça biləcək”.
ABŞ və “NATO” Türkiyənin “S-400” sistemlərini almasını və istifadəsini problemli hesab edir. Onlar iddia edirlər ki, “S-400”-lərin hava hücumundan müdafiə sistemləri “NATO”-nun mövcud müdafiə və radar sistemlərinə inteqrasiya oluna bilməz.
Bu səbəbdən ABŞ 2019-cu il iyulun 17-də Türkiyəni tərəfdaşı olduğu yeni “F-35” qırıcılarının istehsal prosesindən kənarlaşdırdığını açıqlamışdı. Səbəb kimi Türkiyənin əlində olan “S-400” sistemlərinin “F-35” ilə eyni mühitdə istifadə ediləcəyi təqdirdə “F-35”-lə bağlı həssas məlumatların Rusiya tərəfindən oğurlanması ehtimalının olması göstərilib.
Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az