Çərşənbə axşamı, sentyabrın 17-də Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda “LQBT” təbliğatını qadağan edən qanun layihəsini qəbul edib. İclas canlı yayımı qanunverici orqanın saytında yayımlanıb.
Təşəbbüsü 84 deputat dəstəkləyib. İclasda müxalifət partiyalarından olan deputatlar iştirak etməyiblər.
Qeyd edək ki, bu sənədi hakim “Gürcü arzusu” fraksiyasının üzvləri hazırlayıb. Bu, “LQBT” təbliğatına, eynicinsli nikahlara, cinsiyyətin dəyişdirilməsinə, həmçinin bu məqsədlərə yönəlmiş görüşlərə və kampaniyalara qadağa qoyulmasını nəzərdə tutur. Bundan əlavə, deputatlar cinsiyyətin dəyişdirilməsi ilə bağlı tibbi müdaxilələrin ləğv edilməsini müdafiə ediblər. Onlar həmçinin televiziyada eyni cinsdən olan intim səhnələrin nümayişini qadağan etmək və belə səhnələri olan filmlərə baxmağa məhdudiyyətlər qoymaq niyyətindədirlər.
Müvafiq qanun respublika Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minməlidir.
Xatırladaq ki, ötən ilin iyununda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici agentlər haqqında sənədi təsdiqləmiş,yalnız ondan sonra qanun qüvvəyə minmişdir. Bundan sonra ölkənin Avropa İttifaqına inteqrasiyası dayandırılıb.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























