Jurnalist İradə Zeynalova Rusiyanın Mavrikiydəki səfiri təyin edilib. Rusiya prezidenti Vladimir Putinin müvafiq fərmanı hüquqi aktların dərci üçün rəsmi portalda yerləşdirilib.
“İradə Avtandilovna Zeynalova Rusiya Federasiyasının Mavrikiy Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sənəddə deyilir.
Həmçinin, 13 sentyabr tarixli fərmanla 2017-ci ildən bu vəzifədə çalışan Konstantin Klimovski bu vəzifədən azad edilib.
İradə Zeynalova 1995-ci ildə Moskva Aviasiya Texnologiyaları İnstitutunu bitirib, 1997-ci ildə televiziyada fəaliyyətə başlayıb. Jurnalist “RTR”-də (indiki "Rossiya-1") "Vesti" proqramının redaktoru olub, 2000-2003-cü illərdə isə bu proqramın və onun həftəlik yekun buraxılışı olan "Vesti Nedeli"nin müxbiri işləyib. 2003-cü ildə Birinci kanala keçib, burada 2016-cı ilə qədər çalışıb, müxtəlif illərdə, o cümlədən Böyük Britaniya və İsraildəki televiziya kanalının bürosuna rəhbərlik edib və 2012-ci ildən "Zaman" proqramının bazar buraxılışına rəhbərlik edib. 2016-cı ildən “NTV”-də "İradə Zeynalova ilə həftənin yekunları" proqramının aparıcısıdır.
2022-ci ildə jurnalist Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil aldığını bildirib. O, bu ilin may ayında akademiyanın məzunu olub.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























