Rusiya öz kamikadze dronlarını hədəfləmə imkanlarını təkmilləşdirmək üçün Ukraynanın mobil operatorlarının SİM-kartları ilə təchiz edib. Bu barədə “Business Insider” britaniyalı hərbi ekspert Cek Uotlinqə istinadən yazır.
Onun sözlərinə görə, “Şəhəd-136”da SİM- kartlardan iki şəkildə istifadə olunur. Birincisi, mobil baza stansiyalarının pelenqlərdən trianqulyasiyası dron üçün əlavə naviqasiya sistemidir. Yəni, dronun ərazidə olduğu yerin səmtini daha yaxşı müəyyən etməsinə kömək edir.
İkincisi, dronun mobil telefon şəbəkəsinə qoşulması ruslara dronla birbaşa əlaqə saxlamaq kimi ucuz sistem verir ,bu da uçuş zamanı ondan onun vurulduğu dəqiq yer və vaxt kimi telemetriya məlumatlarını almağa imkan verir. Bu məlumatlar sonrakı zərbələrin planlaşdırılmasında faydalı ola bilər.
Uotlinq deyir: " Əlbəttə ki, 350 km/saat sürətlə hərəkət edən mobil telefonda olduqca şübhəli bir şey var və buna görə də bu davranışa nəzarət edilməli və bu cür zərərli məqsədlər üçün istifadə edildiyi müəyyən edilən SİM- kartlar kəsilərək dayandırılmalıdırlar".
Lakin bu, yalnız mobil operatorun təhlükəsizlik xidmətləri ilə effektiv əlaqə kanallarına malik olduğu halda mümkündür, analitik qeyd edir.
Uotlinqin sözlərinə görə, ruslar bu taktikadan ən azı 2023-cü ilin sonundan, vurulan dronlarda 4G rabitə modemlərinin aşkarlanmasının ilk dəfə ictimaiyyətə məlum olduğu vaxtdan istifadə edirlər.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























