“Azadlıq” radiosunun türkmən xidməti yazır ki, bu yaxınlarda yerli hakimiyyət orqanları keçmiş SSRİ-nin rəmzlərinin təbliği ilə mübarizə aparmağa, bu malların ticarətini qadağan etməyə, həmçinin sosial şəbəkələrdə sovet simvollarını dərc edən insanları təqib etməyə başlayıblar.
Yerli sakinlərin sözlərinə görə, sovet rəmzlərinə qarşı kampaniya sentyabrın 4-dən başlayıb.
“Bu gün “Kənar” bazarında polis və MTN-nin əməkdaşlarının ticarətçilərə qışqıraraq, kommunist simvolu olan malları, o cümlədən paltar, dəftər, bloknot və çantaları apardığının şahidi oldum. Onlar 10-a yaxın mağazaya girərək, bu malların haradan gəldiyini, kimin gətirdiyini tacirlərə sorğu-sual edirdilər”, - Balkan sakini deyir.
Bu ay müstəqilliyinin 33-cü ildönümünü qeyd edəcək Türkmənistanda sovet dövrünün irsi bu illər ərzində müzakirə olunmasa da, eyni zamanda dekommunizasiya və müstəmləkəsizləşdirmə prosesi müəyyən qədər həyata keçirilib. Məsələn, sovet adlarını daşıyan şəhərlərin, etrapların və kəndlərin adları dəyişdirilib.
Türkmənistan, eyni zamanda, ölkəni özünəməxsus bir dövlət kimi mövqe tutmağa imkan verəcək bir ideologiya yaratmaq və milli tarixi şəxsiyyəti müəyyənləşdirmək üçün səy göstərib.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























