Özbəkistan qanunvericiliyində sovet ideologiyasının, dövrünün və simvollarının təbliği qadağan
edilməlidir. Bu barədə “Milliy Tiklaniş”(“Milli Dirçəliş”) partiyasının lideri, Ali Məclisin
Qanunvericilik Palatasının sədr müavini Əlişir Kadırov teleqram kanalında yazıb.
Deputat SSRİ-nin bərpası üçün kampaniya aparan 74 yaşlı Səmərqənd sakinini 3 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum edən Səmərqənd Şəhər Cinayət Məhkəməsinin
qərarını dəstəkləyib. İş materiallarına görə, o, “Telegram”-da “Özbəkistanın müstəqilliyinin səthi
olduğunu və keçmiş Sovet İttifaqının rəsmən dağılmadığı” barədə bəyanatlar dərc edib.
“Məhkəmənin qərarını alqışlayıram! Özbək xalqı SSRİ hökuməti tərəfindən ayrı-seçkiliyə məruz
qaldı, alçaldıldı və indi də keçmişin yaralarını sağaldır. Millətləri, dəyərləri, inancları rədd edən
sovet ideologiyası təkcə özbək xalqına deyil, bütün bəşəriyyətə fəlakət gətirdi, onun qalıqları isə
fəlakət olaraq qalmaqda davam edir”.
“Əlbəttə, tariximizin bu kədərli dövrü təhlil edilməli, müzakirə edilməli, lakin onun təsdiqi və ya
təbliğatı təkcə konstitusiya quruluşuna qarşı cinayət deyil, həm də xalqımıza, qanlı rejimin
qurbanı olmuş əcdadlarımıza xəyanət kimi qiymətləndirilməlidir.”,- deyə Kadırov yekunlaşdırıb.
“Milliy Tiklaniş” partiyasının rəhbəri əvvəllər də SSRİ-nin rəmzlərindən danışıb. 2021-ci ilin
mayında o, Daşkənddə keçirilən “Qələbə nəğmələri” konsertində SSRİ bayrağının
qaldırılmasının təhqir və təxribat olduğunu bildirib.
“Biz sənətin əleyhinə deyilik, biz sənətin siyasi silaha çevrilməsinə qarşıyıq. Biz mütərəqqi
özbək ziyalılarının, parlaq əcdadlarımızın qanına hopmuş sovet işğalçı dövlətinin bayrağının
paytaxtın tam mərkəzində qaldırılmasını özbək xalqına qarşı təhqiramiz hesab edirik”, - deyə
deputat o vaxt qeyd edib.
Almaz Həsənov
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































