Yerli əhalinin 2019-cu ildən Rusiyaya casusluq etməkdə şübhəli bildiyi Hvaldimir adlı Ağ balina və ya Beluga balinası (lat. Delphinapterus leucas) Norveç sahillərində ölü tapılıb.Qeyd edək ki, bu ad norveçcə "balina" - hval və Vladimir Putinin adından götürülüb, -“New York Times” yazır.
“The Guardian” yazır ki, cəmdək avqustun 31-də Norveçin cənubundakı Risavika körfəzində balıq tutan ata və oğul tərəfindən tapılıb.Hvaldimir kran vasitəsilə sudan qaldırılaraq mütəxəssislər tərəfindən yoxlanılmaq üçün ən yaxın limana aparılıb.
Son üç ildə Norveçin “Marine Mind” qeyri-kommersiya təşkilatı adından balinanın macəralarını izləyən dəniz bioloqu Sebastian Strend, "Təəssüf ki, biz Hvaldimiri dənizdə ölü halda üzən tapdıq.O öldü, lakin onun ölümünün səbəbinin nə olduğu hələ bəlli deyil" deyib.
Onun sözlərinə görə, heyvanın üzərində ciddi xarici xəsarət aşkar edilməyib.Səbəbini müəyyən etmək üçün yarılma planlaşdırılır.
Xatırladaq ki, Beluga balinası 2019-cu ildə Norveçin şimalında balıqçılar tərəfindən tapılıb.Onun üzərində “Sankt-Peterburq” yazısı olan qayışlar və kameranin bərkidilmısi üçün mexnizmlər müşaidə edilmişdi.Bununla bağlı Norveç KİV-lərində balinanın kəşfiyyat fəaliyyəti üçün istifadə edildiyi barədə məlumat yayılmışdı.
Bəzi hesablamalara görə, balina təxminən 14 fut uzunluğunda və təxminən 2700 funt ağırlığında idi.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























