Türkiyə BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib.Bu barədə “Bloomberg” anonim mənbələrə istinadən xəbər verir.
Agentlik mənbələri bildiriblər ki, Türkiyə bir neçə ay əvvəl Avropa Birliyinə üzv olmaq üçün onilliklər ərzində irəliləyiş əldə olunmaması ilə bağlı məyusluq fonunda BRIKS-ə üzv olmaq üçün müraciət edib.
Agentliyin məlumatına görə, Ankara BRİKS-in genişlənməsində dünya səhnəsində öz təsirini gücləndirmək imkanını görərək beynəlxalq mövqelərini möhkəmləndirməyə və bütün tərəflərlə əlaqələri inkişaf etdirməyə çalışır.Prezident Rəcəb Tayyib Ərdoğanın administrasiyası hesab edir ki, geosiyasi ağırlıq mərkəzi inkişaf etmiş iqtisadiyyatlardan uzaqlaşır və BRİKS-ə qoşulmaq Türkiyəyə yeni qlobal arxitekturada daha mühüm rol oynamağa imkan verəcək.
BRIKS-in genişləndirilməsi məsələsi oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək sammitdə müzakirə oluna bilər, mənbələr “Bloomberg”-ə bildiriblər.İyun ayında Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, Kreml Türkiyənin BRİKS-ə qoşulmaqda marağını alqışlayır.Türkiyənin xarici işlər naziri Hakan Fidan da Çinə səfəri zamanı Ankaranın təşkilata üzv olmaq istəyini bəyan etmişdi.
Hazırda BRİKS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.Yanvarın 1-də onlara İran, Misir, Efiopiya və BƏƏ qoşuldular. 2024-cü ildə BRİKS-ə Rusiya sədrlik edəcək.
Qeyd edək ki, Azərbaycan bu yaxınlarda BRİKS-ə üzv olmaq üçün rəsmi ərizə təqdim edib.
Almaz Həsənli
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























