Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin
komandanı Nikolay Oleşuku tutduğu vəzifədən uzaqlaşdırıb.İşdən çıxarılma səbəbi açıqlanmasa
da, istefa Kiyevin Qərb müttəfiqləri tərəfindən verilən F-16 qırıcılarından birini itirməsindən
sonra baş verib.
Oleşukun vəzifədən azad edilməsi haqqında fərman dövlət başçısının saytında dərc edilib.”BBC”
Rus Xidməti xəbər verir ki, işdən çıxarılma səbəbi barədə məlumat verilmir.
Zelenski bununla bağlı videomüraciət də yayıb.
“Mən Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanını əvəz etmək qərarına
gəldim, nəticə üçün bütün hərbi pilotlarımıza, mühəndislərimizə, mobil atəş qruplarının
əsgərlərinə, hava hücumundan müdafiə ekipajlarına sonsuz minnətdaram.Bu komandir
səviyyəsində də lazımdır - biz güclənməliyik. İnsanları qoruyun. Şəxsi heyəti qoruyun. Bütün
əsgərlərimizi qoruyun”-o demişdir.
General-leytenant Anatoli Krivonojko Hərbi Hava Qüvvələrinin komandanı səlahiyyətlərini
müvəqqəti icra edən təyin edilib, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Cümə axşamı məlum olub ki, avqustun 26-da Rusiyanın Ukraynaya kütləvi raket hücumu
zamanı ölkənin Hərbi Hava Qüvvələri Qərb müttəfiqləri tərəfindən verilən F-16 qırıcılarından
birini itirib.Ukrayna hərbçiləri fəlakətin səbəbləri barədə rəsmi məlumat verməyiblər.
“BBC” mənbələrinin məlumatına görə, Ukrayna ordusu pilotların səhvi və təyyarənin Rusiya
hərbçiləri tərəfindən vurulması versiyalarını istisna edir.
Bəzi media orqanları və Ukrayna siyasətçiləri qırıcının "dost atəşinin" qurbanı ola biləcəyini,
yəni təsadüfən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirdilər, lakin bu
versiya hələ də ciddi təsdiqlənməyib.
Oleşçuk 2021-ci ilin avqustundan Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə
komandanlıq edir. O, bu postda Sergey Drozdovu əvəzləyib.
Almaz Həsənli
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































