Rusiya prezidenti Vladimir Putin Monqolustana planlaşdırılan səfərindən əvvəl Beynəlxalq
Cinayət Məhkəməsinin(BMC) qərarı ilə həbs olunmayacağına dair zəmanət alıb. Bu barədə
“Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Sentyabrın 3-də baş tutacaq səfər, Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların oğurlanması
ilə bağlı ötən ilin martında verilən orderdən sonra Putinin BMC üzvü olan dövlətə ilk səfəri
olacaq.
Məhkəmənin fəaliyyətini tənzimləyən Roma əsasnaməsini(Roma Statutu) imzalayan bir ölkə
olaraq Monqolustan, Vladimir Putini öz ərazisində görərsə, orderi yerinə yetirmək və onu həbs
etmək məcburiyyətindədir.
“Bloomberg”-in məlumatına görə, Monqolustan president administrasiyasının , baş nazirliyin və
xarici işlər nazirliklərinin rəsmiləri Putinin səfəri ilə bağlı şərh tələblərinə dərhal cavab
verməyiblər.
Bununla belə,cümə günü Monqolustanın Xarici İşlər Nazirliyi çoxsaylı xarici səfirliklərin
nümayəndələri ilə görüş keçirib. Orada izah ediblər ki, Putinin səfəri rəsmi olaraq 1939-cu ildə
yapon qoşunlarına qarşı Xalxın-Qol çayı üzərində döyüşün 85-ci ildönümünün qeyd olunması ilə
bağlıdır.
Daha əvvəl Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kreml prezidentin
səfəri ilə bağlı Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsindəki iştirakından narahat deyil.
Moskva BCM-nin qərarlarına əhəmiyyət vermir, çünki Rusiya Roma Əsasnaməsinin üzvü
deyil.Yada salaq ki,2023-cü il martın 17-də BCM Ukraynadakı vəziyyətlə bağlı Putinin həbsinə
order verib. Lakin, Moskvada bu qərarın heç bir hüquqi qüvvəsi olmadığını deyirlər.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























