“The Washington Post” xəbər verir ki, ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert
Kennedi kampaniyasını dayandırdığını elan edib və Donald Trampı dəstəklədiyini bildirib.
Kennedi artıq qələbəyə aparan real yola inanmadığını bildirib.
“Seçkilərin keçiriləcəyi on ştatda adımı geri götürmək fikrindəyəm və artıq bu prosesə
başlamışam. Seçiciləri mənə səs verməməyə çağırıram”,-deyə o bildirdi.
Eyni zamanda, o, bəzi ştatlarda öz adını səsvermə bülletenində buraxacaq ki, bu da noyabr
seçkilərinin nəticələrinə təsir etməyəcək.
O, həmçinin əlavə edib ki, Trampın Ukraynadakı müharibə ilə bağlı mövqeyi ona yaxındır. Yeri
gəlmişkən, Tramp təfərrüatlarını açıqlamadan Rusiya və Ukraynanı danışıqlara məcbur edə
biləcəyini iddia edir."Təkcə bu, onun kampaniyasına dəstəyimə haqq qazandıracaq" deyə
Kennedi yekunlaşdırdı.
Çərşənbə axşamı Tramp “CNN”-ə deyib ki, əgər qalib gələrsə, Kennedi seçkidən çəkilərsə və
Respublikaçılara dəstək verərsə, administrasiyasında ona vəzifə verə bilər.
70 yaşlı kiçik Robert Kennedi ekoloji hüquqşünas və peyvənd əleyhinə fəaldır. O, keçmiş Nyu-
York senatoru və ABŞ baş prokuroru Robert Kennedinin oğlu və 35-ci prezident Con
Kennedinin qardaşı oğludur.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























