Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Söhbət barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Bundan əvvəl Rusiya prezidenti Azərbaycanda dövlət səfərində olarkən bildirmişdi ki, səfərdən sonra Ermənistanın baş naziri ilə əlaqə saxlayacaq və Bakıda aparılan danışıqların nəticələri
barədə ona məlumat verəcək. Buna cavab olaraq Baş nazir Paşinyan məlumat üçün ona təşəkkür
edib.
“Rusiya tərəfi Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin təşviqində, habelə nəqliyyat və logistika əlaqələrinin
açılmasında yardım göstərməyə davam etməyə hazır olduğunu təsdiqləyib”,-Rusiya prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.
Söhbətdə Rusiya ilə Ermənistan arasında ticari-iqtisadi əməkdaşlığın müsbət dinamikası da
vurğulanıb. Tərəflər həmçinin ikitərəfli gündəlikdəki məsələləri müzakirə etmək üçün gələcəkdə görüşmək
barədə razılığa gəliblər.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























