Amerikalı general Hodces Ukraynanın Kursk əməliyyatının yerdəki duruma təsir göstərdiyini deyib.
Teleqraf.com xəbər verir ki, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəisi, ordu generalı Mikola Malomuj Hodceslə razılaşıb və bunun Silahlı Qüvvələrin strategiyasında dəyişikliklərin başlanğıcı olduğunu vurğulayıb
Generalın fikrincə, Ukrayna ordusunun Kurska hücumu və asimmetrik cavabları Rusiya cəbhəsində çaşqınlıq yaradıb.
Onun sözlərinə görə, Kurskda başlayan əməliyyatlar Bryansk və Belqorod vilayətlərində davam etdirilmədən, şərq və cənubda işğal olunmuş ərazilərdə Rusiya hədəflərinə strateji zərbələr endirilməsə, heç bir strateji dəyişiklik olmayacaq. Amma Ukrayna qoşunları artıq bu yöndə addımlar atmağa başlayıb.
“Rusiya rəhbərliyinin qoşunlarımızın federasiya ərazisinə girməsinə imkan verilməyəcəyi konsepsiyası uğursuzluğa düçar oldu. Ruslar hərbi xarakterli zəiflik nümayiş etdirdilər, əlavə münaqişə ocaqları yarada bilmədilər, üstəgəl, təslim oldular və qaçdılar. Bacarmadılar”, - Malomuj qeyd edib.
Generalın iddiasına görə, Kurska hücum Qərbin Ukraynanın perspektivlərinə, nəinki müdafiə oluna, hətta hücuma keçə biləcəyinə dair qiymətləndirməsini də dəyişib: “Bu, qələbə perspektivi yarada bilər, amma bu strategiya davam etməsə, ciddi irəliləyiş olmayacaq. Hazırda işğal olunmuş ərazilər də daxil olmaqla, qeyri-standart və genişmiqyaslı fəaliyyətin davam etdirilməsi çox vacibdir”.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























