Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəqiqə öncə Bakıya gəlib. Onun təyyarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Globalinfo.az xəbər verir ki, Rusiya prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bir sıra rəsmi şəxslər qarşılayıblar.
V.Putinin Bakı səfərində diqqətçəkən detal var. Belə ki, onun zirehli xidməti avtomobili trapın yaxınlığında sahibini gözləyib. Həmçinin Rusiya prezidentinin xidməti maşınını müşayiət edən kortejdəki avtomobillər də onun mühafizəsində iştirak edirdilər.
Görünür, təhlükəsizliklə bağlı avtomobil karvanı, xidməti maşın daxil olmaqla, xüsusi reyslə Bakıya gətirilib.
Xatırladaq ki, bu cür təcrübələrə ayrı-ayrı böyük ölkələrin prezidentlərinin dövlət səfərlərində vaxtaşırı rast gəlinir. Əsasən ABŞ prezidentinin, bəzi hallarda Türkiyə dövlət başçısının xarici səfərlərində onların zirehli xidməti maşınları həmin ölkəyə aparılır.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























