YouTube mobil proqramda və kompüterdə fəaliyyətini dayandırıb.YouTube istifadəçiləri ümumiyyətlə platformaya girişlərinin olmamasından şikayətlənirlər.
“Qəza detektoru”nun verdiyi məlumatagörə, qəfil nasazlıq Moskva vaxtı ilə bugün saat11:00-da başlayıb. YouTube istifadəçilərin 86%-i xidmətin və onun platformalarının ümumiyyətlə Moskvadan Vladivostoka qədər işləmədiyini qeyd edir.
Rusiyadan olan istifadəçilərin problemlərlə üzləşəcəyini Rostelecom ilk dəfə olaraq açıqladı.
- Mövcud güclərin, o cümlədən peer-peer(pirrinq) qovşaqlarının ciddi yüklənməsi var. Daha əvvəl Rostelecom-da izah edildiyi kimi, bu bütün Rusiya operatorlarının abunəçiləri arasında YouTube — da yükləmə sürətinə və video oynatma keyfiyyətinə təsir göstərə bilər. Problem, deyirlər ki, “kontentin yüklənməsini sürətləndirmək və keşləmək üçün" istifadə olunan aparatla bağlıdır. Amerika şirkəti Rusiya istifadəçiləri üçün infrastrukturunu yeniləməyincə, heç bir şey düzəlməyəcək.
Xidmətin işindən iyulun sonunda kütləvi şəkildə şikayət etməyə başladılar. Sonra isə platforma istifadəçiləri üçün videolar zəif yüklənməyə başladı,video keyfiyyəti çox aşağı düşdü və yükləmə sürəti azaldı. Rusiya Dövlət Dumasının deputatı Aleksandr Hinstein avqustun əvvəllərində problemin kütləvi olacağından xəbərdarlıq etmişdi.
- Rusiya istifadəçilərinin izlədiyi YouTube kontentinin əsas hissəsi (80%) Rusiya Federasiyasındakı Google serverlərində saxlanılır. Bütün bu avadanlıqların daim normal və işlək saxlanılması və dəyişdirilməsi lazımdır, lakin Google bunu dayandırdı. Vəziyyətin kəskinliyini nəzərə alaraq, Google özü telekom operatorlarına birbaşa Rusiya məlumat mərkəzlərinə qoşulmağı təklif etməyə başladı. Rəsmi olaraq xidmətlərini ödəyə bilmir. Google ilə əməkdaşlıq edən Rusiya məlumat mərkəzləri yaxın günlərdə buna görə, "boz sxemlər"vasitəsilə bu şirkət ilə işi dayandırmaq niyyətindədir. Bu, YouTube- un yükləmə sürətinin daha da kəskin azalmasına səbəb olacaq,-deyə deputat Telegram kanalında izah edib.
Mobile Research Group-un aparıcı analitiki və Mobile Review nəşrinin baş redaktoru Eldar Murtazin, Rusiyada YouTube video hostinqindəki nasazlıqların yaxın günlərdə dayandırılacağını söylədi.
"Qısaca. Yaxın bir yarım gündə heç bir şey olmazsa, heç kimin etiraf etmədiyi YouTube -un bloklanması aradan qaldırılacaqdır" dedi.
Almaz Həsənli
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































