HƏMAS qrupunun siyasi qanadının lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın verdiyi “qisas” vədlərinin icrası dünən gecə saatlarında başlayıb. İrana bağlı "Hizbullah" qruplaşması İsrail ordusunun mövqelərinə rakt zərbələri endirdi, qarşı tərəf adekvat cavab verdi. Beləliklə, Yaxın Şərqdə böyük toqquşmanın ayaq səsləri eşidilir.
Baş verənlər Azərbaycan üçün xüsusilə önəmlidir, çünki "Hizbullah"ın İsraillə müharibəsi qonşumuz İranın da prosesə müdaxiləsini şərtləndirir, bu da İran-İsrail müharibəsi deməkdir. İsrailin genişmiqyaslı müharibəyə başlaması müttəfiqi ABŞ-ın da bu bölgədəki toqquşmaya cəlb edilməsi ilə nəticələnəcək. Nəticə etibarilə, III Dünya müharibəsi adlandıra biləcəyimiz böyük toqquşma qapımızı döyür. Qonşuluğumuzda baş verən bütün bu geosiyasi mübarizə bizim də gündəmimizə, həyatımıza və gələcəyimizə təsirsiz ötüşməyəcək.
"Hizbullah"ın İsrailə raket zərbələri endirməsi əslində müharibənin başlaması deməkdir və proseslər göstərir ki, bu dəfə geriyə dönüş imkanları olduqca azdır, artıq böyük toqquşmanın ilk mərhələsinin başlandığı görünür.
Beynəlxalq ekspertlər və media İsrail-İran toqquşmasını üç ssenaridə qiymətləndirir.
Birinci ssenari: İran İsrailə proksi qüvvələr vasitəsilə zərbələr endirəcək. "Hizbullah"ın hücuma keçməsi bu ssenarinin tətbiq edildiyi deməkdir.
İkinci ssenari: İran İsrailə birbaşa hücum edəcək: bu, aprel ayında baş verən ssenarinin – yüzlərlə PUA-nın göndərilməsi – təkrarı ola bilər.
Üçüncü ssenari: İran və İsrail arasında birbaşa və genişmiqyaslı müharibə başlaya bilər.
Hazırda ilk iki ssenarinin baş verməsi gözlənilsə də, hər şey üçüncü ssenarinin reallaşmasına doğru gedir. Son nəticədə İran və İsrail arasında böyük toqquşma qaçılmaz olacaq. Bu isə artıq yeni dünya müharibəsinin başlanması deməkdir. Yeni dünya müharibəsinin səsi Azərbaycanın sərhədlərində - qonşuluğumuzda eşidilir.
Azərbaycanpolisi.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































