Ağ Ev İranın HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda ölümünə cavab olaraq İsrailə hücum edəcəyinə şübhə etmir.
Axios xəbər verir ki,bu bardə 3 ABŞ rəsmisi danışıb.
Onlar bildiriblər ki, ABŞ prezidenti Co Bayden administrasiyası İranın bu həftənin əvvəlində HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə hücum etməyi planlaşdırdığına əmindir. ABŞ buna müqavimət göstərməyə hazırlaşır.
Çərşənbə günü ABŞ kəşfiyyatı İranın cavab verməyi planlaşdırdığına dair aydın əlamətlər almağa başlayıb.
Eyni zamanda, Vaşinqton gözləyir ki, Tehran aprelin 13-də İsrailə raket və PUA hücumundan fərqli , lakin daha geniş miqyaslı taktikaya müraciət edə bilər. Əməliyyata Livan "Hizbullah"ı da qoşula bilər.
Amerikalı rəsmilərin fikrincə, İran və müttəfiqlərinə hücumu əlaqələndirmək və hazırlamaq üçün bir neçə gün lazımdır. Eyni zamanda, Pentaqon və ABŞ Mərkəzi Komandanlığı apreldə görülən tədbirlərə bənzər cavab tədbirləri hazırlayır: hücumu dəf etmək üçün Fars körfəzi, Aralıq dənizi və Qırmızı dənizdəki ABŞ qüvvələrinə və aktivlərinə kömək edir.
"Bizi bir neçə çətin gün gözləyir", - deyə mənbələrdən biri vurğulayıb.
Pentaqon bu məlumatı şərh etməkdən imtina edib.
Azərbaycanpolisi.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































