Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov yaxın müddətdə vəzifəsindən azad ediləcək.
Bu barədə Axar.az-a özəl mənbədən məlumat verilib.
Bildirilib ki, 9 ildir – 2015-ci ildən bu rayona rəhbərlik edən Asif Əsgərov Milli Məclisə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə Nəsimi rayonundan namizəd olmağa hazırlaşır.
Nəsimi rayonuna isə 6-cı çağırış Milli Məclisin deputatı olan məşhur isimlərdən birinin başçı təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Bakının ən iri rayonlarından olan Nəsimi rayonunun icra başçısı Asif Əsgərov vaxtaşırı olaraq müxtəlif qalmaqallarla gündəmə gəlib.
2021-ci ildə o, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbərinin işi üzrə məhkəmədə şahid kimi dindirilmişdi. O, Nəsimi rayonunda aparılan qanunsuz tikinti haqda “məlumatsız olduğunu” bildirmişdi.
Bundan öncə isə Asif Əsgərov oğlunun avtoqəza törətməsi və ölümə səbəb olması ilə gündəmə gəlmişdi. Belə ki, 2014-cü il sentyabrın 27-də Asif Əsgərovun oğlu İlham Əsgərlinin idarə etdiyi “Mersedes” markalı avtomobil Ə.Qəhrəmanovun idarə etdiyi “Hovo” markalı yük maşını ilə toqquşmuşdu. Qəza nəticəsində “Mersedes” markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişmişdi. S.Mirzəyev “MakDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu idi.
İstintaq müddətində azadlıqda qalan İlham Əsgərli 2015-ci ilin mayında məhkəmə zalında həbs edilmiş, ona 5 il 6 ay həbs cəzası verilmişdi. Ancaq qısa müddətdən sonra İlham Əsgərli “səhhəti ilə bağlı” azadlığa çıxmışdı.
İ.Əsgərlinin qısa müddətdə həbsdən çıxması həmin vaxt qarşı tərəfin etirazı və narazılığı ilə qarşılanmışdı.
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































