Pakistanın Baş naziri Şahbaz Şərif yeni genişmiqyaslı antiterror əməliyyatının başlanmasını təsdiqləyib.
Oxu.az xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.
"Baş nazir "Azm-e-İstehkam" ("Qətiyyət və Sabitlik" - red.) əməliyyatına başlamaqla yenilənmiş və daha aktiv milli terrorla mübarizə əməliyyatını təsdiqləyib", - deyə məlumatda bildirilir.
İyunun 22-də ölkədə antiterror siyasətini əlaqələndirən orqan - Milli Fəaliyyət Planının icrası üzrə Mərkəzi Ali Komitənin iclası keçirilib. Baş nazirin sədrliyi ilə keçirilən iclasda əsas nazirlər, eləcə də terror problemindən ən çox zərər çəkən regionların rəhbərləri iştirak ediblər.
Yeni əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək. Ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək. Müntəzəm olaraq antiterror əməliyyatları keçirən hərbi qulluqçular "bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini" alacaqlar.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























