ABŞ və Venesuela arasında gərgin münasibətlər yumşalmağa başlayıb. İki ölkə arasında bağlanan məhbus mübadiləsi razılaşması çərçivəsində Venesuela prezidenti Nikolas Maduroya yaxınlığı ilə tanınan iş adamı Aleks Saab 10 ABŞ vətəndaşı qarşılığında sərbəst buraxılıb.
Ağ Evdən verilən açıqlamaya görə, ABŞ və Maduro administrasiyası arasında əldə olunan razılaşmaya əsasən Venesuelada həbsdə olan 10 amerikalı azad edilib. Bunun müqabilində Venesuela prezidenti Nikolas Maduroya yaxınlığı ilə tanınan iş adamı Aleks Saab da azadlığa çıxıb.
Ağ Ev, həmçinin ABŞ-da məhkəmə prosesinə məruz qalan Leonard Glenn Francis adlı malayziyalı iş adamının ABŞ-a ekstradisiya edildiyini də açıqlayıb. Dünən axşam Texasdakı hava limanına gələn amerikalılar ölkələrinə qayıtmaqdan çox xoşbəxt olduqlarını dilə gətiriblər. Digər tərəfdən, Vaşinqton administrasiyası Maduroya yaxınlığı ilə tanınan iş adamı Saab-ı mübadilə müqaviləsinə uyğun olaraq azad edib. Bildirilib ki, Karakasda mərasimlə qarşılanan Saab ilə bağlı mətbuat konfransı keçirən Maduro, sözügedən razılaşmadan məmnun olduğunu bildirib.
Xatırladaq ki, ABŞ-da Alex Saab-a qarşı korrupsiya ittihamı ilə iddia açılıb və prokurorluq Saab-a qarşı müxtəlif cinayətlərə görə ittiham aktı hazırlayıb. Saab isə ona qarşı bütün ittihamları rədd edib...
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























