Belqradda bələdiyyə seçkilərinin nəticələri ilə razılaşmayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun liderləri Respublika Seçki Komissiyasından səsvermənin nəticələrini ləğv etməyi tələb edib və aclıq aksiyasına başladıqlarını bildiriblər.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Müxalifət hakim Serb Tərəqqi Partiyası (SPP) koalisiyasının son seçkilərdə qələbəsi ilə razılaşmadığını bildirib. Səslərin hesablanması hələ də davam edir.
“Serbiya zorakılığa qarşı” hərəkatının liderləri seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edirlər.
Müxalifət tərəfdarları Seçki Komissiyasının qarşısında yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırıblar.
Serbiya Seçki Komissiyasının məlumatına görə, "Aleksandar Vuçiç - Serbiya dayanmamalıdır" koalisiyası dekabrın 18-də keçirilən parlament seçkilərində lider olub. “Serbiya zorakılığa qarşı” müxalifət bloku ikinci yeri, “İvitsa Daçiç – Serbiyanın baş naziri” koalisiyası üçüncü yeri tutub.
Azərbaycanpolisi.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























