Ukrayna qırıcıları bir gündə 200 rus hərbçisini öldürdü - Bir helikopteri vurdu

Ukrayna qırıcıları bir gündə 200 rus hərbçisini öldürdü - Bir helikopteri vurdu

Son sutkada Ukraynada daha 200 hərbçisi həlak olan Rusiya genişmiqyaslı silahlı təcavüzü başlayandan bəri 32.5 minlik canlı qüvvəsini itirib.

Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Son itkilərin Ukrayna ordusunun qırıcı zərbələri nəticəsində qeydə alındığı bildirilib.

Fevralın 24-dən iyunun 14-dək Rusiya ordusunun ümumi döyüş itkiləri təxminən belədir:

Canlı qüvvə - təxminən 32.5 min nəfər

Tanklar - 1434 ədəd

Zirehli döyüş texnikası - 3503 ədəd

Artilleriya sistemi - 721 ədəd

Yaylım atəş sistemi - 229 ədəd

Hava hücumundan müdafiə vasitəsi - 97 ədəd

Təyyarə - 213 ədəd

Helikopter - 179 ədəd

PUA - 588 ədəd

Qanadlı raket sistemi - 125 ədəd

Gəmi/kater - 13 ədəd

Nəqliyyat vasitəsi - 2473 ədəd

Xüsusi texnika - 54 ədəd.

Son bir gün ərzində rus qüvvələri ən böyük itkini Baxmut istiqamətində veriblər. Helikopter də bu istiqamətdə vurulub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az