ABŞ “yeraltı kanallar”ı açdı: gizli şəkildə Rusiyadan... - Şok iddia

ABŞ “yeraltı kanallar”ı açdı: gizli şəkildə Rusiyadan... - Şok iddia

Sanksiyalar və ərzaq qiymətlərindəki bahalaşma kontekstində ABŞ hökuməti kənd təsərrüfatı və gəmiçilik şirkətlərini gizli şəkildə Rusiya gübrələrinin alınmasına və daşınmasını artırmağa təşviq edir.

Mediainfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“ABŞ hökuməti gizli şəkildə kənd təsərrüfatı və gəmiçilik şirkətlərini Rusiya gübrələri almağa və daşınmasını artırmağa təşviq edir. Çünki sanksiyalarla bağlı narahatlıqlar tədarükün qəfil azalmasına və bu, bütün dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub”, - məqalədə deyilib.

Qeyd olunub ki, ABŞ-ın bu səyləri Rusiya və Ukraynadan gübrə, taxıl və digər kənd təsərrüfatı məhsullarının tədarükünü artırmaq üçün BMT-nin iştirakı ilə aparılan mürəkkəb və çətin danışıqların bir hissəsidir.

Məqalədə bu il Rusiyadan Qərbə gübrə ixracının 24 faiz azaldığı bildirilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az