Ukraynalı hərbçilərin mövqelərini Rusiyaya ötürən agent ələ keçib - FOTO/VİDEO

Ukraynalı hərbçilərin mövqelərini Rusiyaya ötürən agent ələ keçib - FOTO/VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti Xarkov vilayətində ukraynalı hərbçilərin mövqelərini düşmənə ötürən rus agentini saxlayıb.

Mediainfo.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Agentin Xarkov ətrafında saxlanıldığı bildirilir. Xainin internet vasitəsilə işə götürülən yerli sakin olduğu ortaya çıxıb.

Rusiya Federasiyasından olan kuratorunun göstərişi ilə həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və regiondakı digər hərbi birləşmələrin rayon ərazisində yerləşdiyi yerləri qeydə alıb. Digər məsələlərlə yanaşı, düşməni nəzarət-buraxılış məntəqələrinin və hərbi istehkamların koordinatları maraqlandırıb.

Bildirilir ki, UTX-nin xüsusi təyinatlıları vətən xainini növbəti tapşırığı yerinə yetirməyə gedərkən saxlayıblar.

İndi xaini 12 ilə qədər həbs cəzası gözləyir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az