Türkiyə-İsrail kəşfiyyatının birgə əməliyyatı: İranlı qruplaşma üzvləri...

Türkiyə-İsrail kəşfiyyatının birgə əməliyyatı: İranlı qruplaşma üzvləri...

Təl-Əviv İranın Türkiyədə İsrail vətəndaşlarına hücum cəhdlərinin qarşısının alındığını iddia edib. İddiaya görə, İran Türkiyəyə gələn İsrail vətəndaşlarına hücum etməyə cəhd edib.

Mediainfo.az xəbər verir ki, İsrailin aparıcı nəşri “Jerisəlim Post”un xəbərinə görə, Türkiyədə fəaliyyət göstərən iranlı qruplaşmanın ötən ay İsrail hədəflərinə hücum planlarının qarşısı İsrail və Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

İsrail administrasiyası ötən ay İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli siması olan polkovnik Həsən Seyid Xodainin evinin qarşısında gülləbaran edilməsinə görə məsuliyyət daşıyıb. Bu iddialar üzərinə Təl-Əviv hökuməti öz vətəndaşlarına xəbərdarlıq edib ki, Türkiyədə İran İsrail vətəndaşlarına qarşı hücuma keçə bilər.

Bir qaynaq bildirib ki, İsrail bu məqsədlə Türkiyə hakimiyyətindən kömək istəyib.

İran İnqilabı Keşikçiləri Korpusunun tanınmış adlarından olan polkovnik Həsən Seyid Xodainin ötən ay evinin qarşısında silahlı hücumda həlak olmasından sonra İsrail rəhbərliyi vətəndaşlarına Türkiyəyə getməmək barədə xəbərdarlıq edib.

İran tərəfi hücumdan sonra İsraildən qisas alacağını açıqlayıb.

Sui-qəsd gərginliyi artırarkən, İsrail İranın Livandan mümkün hücumuna hazırlıq üçün hava hücumundan müdafiə sistemlərini işə salıb.

İsrail mediasının iddialarına görə, fevral ayında Türkiyədə bir iş adamına hücum cəhdinin də qarşısı İsrail və Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az