“Makron da etiraf edir ki...” - Moskvadan mesaj

“Makron da etiraf edir ki...” - Moskvadan mesaj

Moskva Parislə xarici işlər nazirləri səviyyəsində substantiv danışıqlardan çəkinmir, Fransa artıq Rusiyasız Avropa təhlükəsizlik arxitekturasının qurulmasının qeyri-mümkünlüyünü bilir.

Mediainfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Aleksey Paramonov deyib.

Diplomat iddia edib ki, Avropa təhlükəsizlik arxitekturasının yeni reallıqlarda Rusiyasız qurulmasının qeyri-mümkünlüyünü və mənasızlığını Fransa Prezidenti Emmanuel Makron da etiraf edir və o, bu yaxınlarda Moskva ilə dialoqun davam etdirilməsinin zəruriliyini bildirib.

Bundan əvvəl Makron bildirib ki, Rusiya alçaldılmamalıdır. O, sözlərini gələcəkdə ölkələrin Moskva ilə əməkdaşlıq etməli olacağı ilə izah edib.

“Bir gün döyüşlər dayandıqda, böhrandan diplomatiya ilə çıxış yolu aça bilərik”, - Makron vurğulayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az