Havada müəmmalı təyyarə - Altı ölkəni icazəsiz keçərək…

Havada müəmmalı təyyarə - Altı ölkəni icazəsiz keçərək…

Litva polisi NATO-ya üzv 6 ölkənin hava məkanından icazəsiz keçən müəmmalı təyyarənin uçuşunu araşdırır.

Mediainfo.az xəbər verir ki, müəmmalı uçuş barədə Bolqarıstan məlumat verib.

Litvadan havaya qalxan kiçik təyyarə Polşa, Slovakiya, Macarıstan, Serbiya və Rumıniya üzərindən icazəsiz uçaraq Bolqarıstanda eniş edib. Təxminən 1600 km uçduqdan sonra naməlum şəxslər enişdən dərhal sonra təyyarəni tərk edib.

Polis sözçüsü Ramunas Matonis bildirib ki, hələlik iş üzrə ibtidai istintaq başlanmayıb, baş verənlər aydınlaşdırılır.

Təyyarədə iki nəfər olub. Bortda təsdiq edilmiş uçuş planı olmayıb, təyyarənin transponderləri söndürülüb. Pilot radio sorğuları və vizual siqnallara cavab verməyib. Macarıstan və Rumıniyada Bolqarıstana gedən təyyarəni qırıcılar müşayiət edib.

Təyyarənin ekipajının operatorlarla əlaqə saxlamadığı və uçuş planlarını bildirmədikləri deyilib.

Məlumata görə, müəmmalı uçuşu “Piper PA-23-250 Aztec” həyata keçirib. Təyyarə ötən həftə pilot Bronius Zaronskis tərəfindən satılıb. Eyni zamanda həmin şəxs alıcının kimliyindən xəbərsiz olduğunu iddia edir.

“Litvalı deyil. Hansı ölkədən olduğunu deyə bilmərəm - bəlkə ukraynalı, bəlkə rumın və ya bolqardır. Bir nəfərlə rus dilində danışdıq. Amma adını bilmirəm”, - Zaronskis söyləyib.

Təyyarənin keçmiş sahibi əlavə edib ki, onu hansısa qurum alıb.

Onun sözlərinə görə, “Piper PA-23-250 Aztec” altı nəfərlikdir və təyyarəni alan şəxs onunla mehriban danışıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az