Abdulla Şahidin Azərbaycana səfər proqramı açıqlandı

Abdulla Şahidin Azərbaycana səfər proqramı açıqlandı

BMT Baş Assambleyası prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb.

Oxuməni.az-a BMT-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, BMT Baş Assambleyanın 76-cı sessiyasının prezidenti Abdulla Şahid Azərbaycan xarici işlər nazirinin dəvəti ilə 2022-ci il iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdə olacaq.

Prezident Şahid iyunun 13-də Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Baş Assambleya prezidentinin Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşü gözlənilir.

Elə həmin gün Abdulla Şahid ADA Universitetində gənclər və müəllimlərlə görüş keçirəcək.

Azərbaycana səfəri zamanı Baş Assambleya prezidenti rezident əlaqələndirici Vladanka Andreevanın rəhbərlik etdiyi BMT-nin Ölkə üzrə İdarə Heyətinin üzvləri ilə də görüşəcək.

Abdulla Şahidi Baş Assambleya Prezidenti Ofisinin (BAPO) dörd əməkdaşı müşayiət edəcək. Səfər xərclərini BAPO-nun Etimad Fondu və Azərbaycan Hökuməti qarşılayacaq.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az