“Qərbdən lazımi dəstək gəlməsə, Ukrayna məcbur olacaq ki..." - Politoloq

“Qərbdən lazımi dəstək gəlməsə, Ukrayna məcbur olacaq ki..." - Politoloq

“Ukrayna rəsmən deyir ki, ərazimizin 20-25 faizi işğal edilib. Hazırda döyüşlər gedir. Mən hesab edirəm ki, burada çox mürəkkəb nüanslar var. Ola bilsin ki, Qərb Ukraynaya verdiyi sözlərin üzərində sona qədər durmur. Məsələn, onlar Ukraynaya müəyyən silahlar verəcəyini elan edib. Ola bilsin ki, bu silahlar verilmir, dəyişdirilir və ya gecikdirilir. Və ya mərhələ-mərhələ ötürürlər”.

Mediainfo.az xəbər verir ki, bunu politoloq Əli Abbasov Teleqraf.com-a bildirib.

O qeyd edib ki, həm Qərb, həm də Rusiya müharibənin davam etməsində maraqlı görünür və bunun özü qeyri-adi situasiyadır:

"İndiki halda dəyişiklik yalnız cəbhədə ola bilər. Bunu da hamı gözləyir. Görünən budur ki, rus ordusu da o qədər irəli getmir, amma dağıdır, yerlə-yeksan edir. Ukrayna tərəfi elan edir ki, 20 faiz ərazini ruslar işğal edib. Amma həmin ərazidə faktiki heç nə yoxdur. Bu ərazilər tamamilə dağıdılan, bombardman edilən şəhər xarabalıqlarından ibarətdir. Müəssisələr, infrastruktur faktiki yox edilib. Bu şəhərləri bərpa etməyə nə rusların, nə də Ukraynanın imkanı yoxdur. İndiki halda gözləyirlər ki, Qərb nə deyəcək. Mən ehtimal edirəm ki, Türkiyə və Qərbən çox şey asılı olacaq”.

Politoloq əlavə edib ki, Türkiyə öz maraqlarını güdür, problemlərini həll etməyə çalışır:

"İstəyir ki, həm NATO, həm də Avropa Birliyində mövqelərini bərkitsin. Eyni zamanda Rusiya ilə bütün söhbətlər Türkiyə xətti ilə getsin. Türkiyə eyni zamanda istəmir ki, Ukrayna uduzsun. Çünki bu vəziyyəti dəyişərdi. Odur ki, Ankara maraqlıdır ki, danışıqlar prosesində özünün də iştirakçılığı olsun və prosesin içində qala bilsin. Bu da Türkiyə maraqları baxımından düzgün taktika sayıla bilər. Qərbdən verilən vədlər, ələlxüsus silah-sursat gəlməyəndə Ukraynanın nə edəcəyi aydındır. Gözləməlidir ki, ruslar gəlib Kiyevi götürsün? Bu halda Ukrayna məcburi danışıqlara və güzəştlərə getməli olacaq. Həm də görünür ki, Şoulz və Makron prinsipi olmayan siyasətçilərdir və daha çox Putinlə danışır, Ukraynadan güzəşt qoparıb Rusiyaya vermək istəyirlər”.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az