Sufi şeyxi Seyid Yəhya Bakuvinin türbəsini ziyarətə görə ödəniş tələb edilir

Sufi şeyxi Seyid Yəhya Bakuvinin türbəsini ziyarətə görə ödəniş tələb edilir

Filosof alim, böyük sufi şeyxi Seyid Yəhya Bakuvinin Şirvanşahlar saray kompleksində yerləşən türbəsini ziyarətə görə ödəniş tələb edilməsi iddia olunur.

Mediainfo.az xəbər verir ki. bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Belə ki, tarixi abidə kimi sarayı ziyarət, turizm tələbinə uyğun olaraq, ödənişlidir. Amma Şirvanşahlar sarayının cənub həyətindəki Şeyxin məzarı hər zaman ziyarətçilər üçün ödənişsiz olub.

Türbəyə giriş həmişə sərbəst olsa da, bir müddətdir ki, bu qayda artıq aradan qaldırılıb.

Oxu.Az Bakuvinin türbəsinin ziyarətinə görə ödəniş tələb edilməsi ilə bağlı məsələyə cavab almaq üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət etsə də, qurum heç bir cavab verməyib.

Qeyd edək ki, 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilmişdi.

Seyid Yəhya 1403-cü ildə Azərbaycanın Şamaxı şəhərində doğulub. Şeyxin tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvidir. Bakuvi ömrünün qırx ildən çoxunu Bakıda keçirib.

Azərbaycan mənbələrində daha çox Yəhya Bakuvi kimi yad edilir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az