Rusiya prezidenti Vladimir Putin hər ilin iyun ayında Rusiya TV-lərinin efirində gerçəkləşən ənənəvi “Canlı yayım”a çıxmayacaq.
Mediainfo.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Amma Peskov deyib ki, Kreml “Canlı yayım”a hazırlaşır, bununla belə, hələlik tədbirin tarixi bəlli deyil.
"Prezidentlə “Canlı yayım” bu ay baş tuta bilməz... Tarix hələ müəyyən edilməyib, lakin həm texniki, həm də substantiv baxımdan tədbirə aktiv hazırlıq görülür. Bu, çox mürəkkəb məsələdir”, - Kreml sözçüsü vurğulayıb.
Dövlət başçısı ilə “Canlı yayım” hər il keçirlir. Prezident Rusiya telekanallarının efirində veriliş zamanı vətəndaşların suallarını cavablandırır, şikayət və istəkləri dinləyir, məmurlara tapşırıqlar verir.
2021-ci ildə “Canlı yayım” iyunun 30-da baş tutub və Putin 3 saat 42 dəqiqə ərzində 68 suala cavab verib. Ümumilikdə ona 2 milyondan çox müraciət daxil olmuşdu.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































