Tofiq Zülfüqarov 10 noyabr bəyanatını “səhv“ sayanların bostanına daş atdı

Tofiq Zülfüqarov 10 noyabr bəyanatını “səhv“ sayanların bostanına daş atdı

"Ukraynada hərbi əməliyyatlar başlayandan sonra sosial şəbəkələrimizdə 10 noyabr 2020-ci il bəyanatının səhv və hərbi əməliyyatların davam etməli olduğunu iddia etməyə davam edən insanlar yoxa çıxdı..."

Mediainfo.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov yazıb.

Eks-nazir davamında qeyd edib:

"Hətta Laçın, Kəlbəcər və Ağdam rayonlarının itkisiz azad edilməsini təmin edən sülhməramlıların hərəkətlərini “...bizim üçün qızıl yumurta qoyan toyuq..” adlandıranda da çoxları məni qınadı.

Aydındır ki, Minsk qrupundan və digər qurumlardan olan “sülhməramlılar”ın ikiüzlüyünü anlamaq üçün... bəziləri Ukrayna kimi bir ölkənin faciəsini görməli idi.

İndi isə elə bir dövr gəlir ki, işğaldan azad edilmiş ərazilərdə güclənib, qalan məsələləri yeni geosiyasi reallıqlardan istifadə etməklə həll edə biləcəyik..."

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az