"Heç kim Xersona birbaşa hücum etməyəcək, onu yarımhəlqə ilə mühasirəyə alıb Rusiya ordusunu Dneprə tərəf sıxışdırmaq kifayətdir. Həmçinin, atəş nəzarəti ilə bu qruplaşmanın təmin edilməsinə imkan verilməməlidir. Bu halda, o, uzun müddət davam gətirə bilməyəcək".
Mediainfo.az xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov bunu “Ukrayna 24” "YouTube" kanalında Vladimir Poluyevə müsahibəsində söyləyib.
"Bu, həqiqətən də belədir. Yeri gəlmişkən, İnqulets çayındakı platsdarmı Dnepr çayının sağ sahilindəki rus qruplaşmasını iki hissəyə - şimal və cənub, Krivoy Roq və Xerson istiqamətindəkilərə bölmək üçün Novaya Kaxovka istiqamətində hücuma keçməkdən ötrü hazırlamışıq. Və bu, əslində, həmin qruplaşmaların bir-biri ilə əlaqəsini kəsməyə xidmət edə bilər. Bu halda onların təchizatı, demək olar ki, mühasirədəki kimi çətin olacaq. Onlar üçün yalnız Dnepr çayı qalacaq, yalnız oradan üzərək keçmək mümkün olacaq”, - deyə hərbi ekspert izah edib.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































