"Rus dilində desək, Putin paranoyik xəstədir"- Arkadi Babçenko

"Rus dilində desək, Putin paranoyik xəstədir"- Arkadi Babçenko

Rusiyalı müxalifətçi jurnalist Arkadi Babçenko əmindir ki, Rusiyada saray çevrilişi baş verə bilməz.

Mediainfo.az xəbər verir ki, o, bu fikri “GORDON” internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində bildirib.

"Xeyr, yox, yox! Heç bir saray çevrilişi mümkün deyil. Heç İranda bir ayətullahın tütün qutusu ilə öldürüldüyünü eşitmisinizmi? Yox, bu mümkün deyil. Bunlar heç bir saray çevrilişinə icazə verməyən tamamilə fərqli rejimlərdir", - deyə Babçenko qeyd edib.

O, Rusiya prezidenti Vladimir Putinin öz təhlükəsizliyindən çox narahat olduğunu vurğulayıb.

"Rus dilində desək, o, paranoyik xəstədir. O hətta yaxın ətrafı ilə də görüşləri çox ehtiyatla keçirir. Ona ən yaxın adamlar olan müdafiə naziri Sergey Şoyqu, “Rosneft”in rəhbəri İqor Seçin, prezident administrasiyasının keçmiş rəhbəri Sergey İvanov masada ondan yeddi metr aralıda otururlar… Hətta belə bir plan yetişsə belə, bu, fiziki cəhətdən mümkün deyil. Çünki Putin özünü şəxsən ona sadiq olanlarla əhatə edib… Onun "FSB"-çi şəxsi mühafizəçiləri onun üçün ölməyə hazır olan adamlardır. Ona görə də Putinin bədəninə çatmaq da fiziki cəhətdən çətin olacaq",- jurnalist belə hesab edir.

O, əmindir ki, Rusiya Federasiyasında hansısa hakimiyyətə malik olan məmurların Putinlə sıx bağlı olduqları üçün onu devirmək planı yoxdur.

"Rusiya unitar dövlətdir, ona yəqin ki, 80 faiz bir nəfər, yəni Putin, 20 faiz isə onun şəxsi çevrəsi nəzarət edir. Bunlar Krımı ilhaq etmək qərarına gələn 6 nəfərdir: Şoyqu, Seçin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev... Mən hamısını xatırlaya bilmirəm. İndi hər şeyə nəzarət edirlər. Onlar başa düşürlər ki, onların bunkerdən başqa variantları yoxdur, onlara artıq heç bir Avropa ölkəsi qapı açmayacaq"- deyib Babçenko.

Jurnalist əmindir ki, nəhəng oliqarxlar da Putini devirməyə cəsarət etməyəcəklər, çünki uğursuzluq halında bütün var-dövlətlərini, hətta həyatlarını itirəcəklər...

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az