Rusiyanın təhlükəsizliyinə qarşı açıq çağırışlar edənləri 2,5 milyon rubla qədər cərimə ilə 7 ilə qədər həbs cəzası gözləyəcək.
Mediainfo.az xəbər verir ki, Rusiya Dumasının dövlət quruculuğu və qanunvericilik komitəsi palataya sözügedən cəzaları nəzərdə tutan layihəni birinci oxunuşda qəbul etməyi tövsiyə edib.
Qanun layihəsinə görə, pozuntular 100 min rubldan 500 min rubla qədər cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Mütəşəkkil qrup tərəfindən və ya zorakılıq hədəsi ilə törədilən oxşar pozuntulara görə 500 min rubldan 2,5 milyon rubla qədər cərimə ilə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulacaq.
Bundan başqa, rusların xaricdə ölkənin maraqlarına zidd döyüş əməliyyatlarında iştirakı 500 min rubla qədər cərimə ilə 20 ilədək həbs cəzası ilə cəzalandırılacaq. Silahlı münaqişədə düşmən tərəfinə keçmək dövlətə xəyanət kimi qiymətləndiriləcək.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































